Müavinətlər və təqaüdlər üzrə 662 milyon manat ödənilib

17:08 22.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, onlardan 434 min nəfəri sosial müavinətlə, 362 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz çox olmaqla 398 milyon manat, təqaüd ödənişləri üçün 27 faiz çox olmaqla 264 milyon manat sərf edilib.

Son üç ildə 25 növ müavinət və təqaüdün də elektron sistem üzərindən proaktiv təyinatı sistemləri işə salınıb. 2022-ci ilin 6 ayında 144,1 min, ümumilikdə ötən dövrdə cəmi 365 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.