Müdafiə Nazirliyi açıqladı - Ermənilər artilleriyadan...

19:42 12.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 12-si saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.

Bu barədə hafta.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.