Müəllimlərin vaksinasiyası məcburi olmayacaq - Təhsil Nazirliyi

11:23 26.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müəllimlərin vaksinasiyası ilə bağlı heç bir məcburetmə halı yoxdur.

Hafta.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, ilkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir. Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır.