Müharibə əlilləri ödənişləri sabah alacaq

13:10 02.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bu gün ərzində elektron sistemlər üzərindən 11 000-dək Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr həyata keçiriləcək".

 

Hafta.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

 

Nazir deyib ki, sabah vəsait həmin şəxslərin ödəniş kartlarında olacaq.

 

"Həmin şəxslər I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat alacaq. Bu ödənişlər vətəndaş-məmur təması olmadan elektron sistemlər üzərindən həyata keçiriləcək", - S.Babayev qeyd edib.