“Araz-Naxçıvan”ın yeni mövsüm üçün hazırlıq planı

14:35 29.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Araz-Naxçıvan”ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub.

Hafta.az xəbər verir ki, Klubun məlumatına görə, komanda təlim-məşq toplanışına iyulun 10-da başlayacaq.

İlk 3 gün ərzində futbolçular tibbi müayinədən keçəcəklər. Ayın 13-dən 20-dək təlim-məşq toplanışının birinci mərhələsi olacaq. İyulun 20-də klubun əvəzedici heyəti ilə yoxlama oyunu keçiriləcək. Futbolçular hazırlıq prosesinin ikinci mərhələsinə iyulun 22-də başlayacaqlar. Ayın 31-dək davam edəcək bu mərhələdə “qırmızı-ağlar” 3 oyunda gücünü sınayacaq. İyulun 24-də “İmişli”, ayın 31-də isə “Şəfa” sparrinq-rəqib olacaq. İyulun 28-də keçirilməsi nəzərdə tutulan oyunda rəqib dəqiqləşməyib. Avqustun ilk 2 günündə istirahət edəcək “Araz-Naxçıvan” ayın 3-də bir araya gələcək və 4 gün sonra yoxlama matçında gücünü sınayacaq. Avqustun 7-nə planlaşdırılan görüş üçün sparrinq-rəqib seçilməyib. Komanda avqustun 10-dan etibarən yeni mövsümün ilk oyununun hazırlığına başlayacaq.

Bütün hazırlıq prosesi Bakıda keçiriləcək.