Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait xərclənəcək

17:51 24.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması ilə bağlı tenderə yekun vurub.

Hafta.az xəbər verir ki, tenderin qalibi Parlaq-N MMC seçilib.

Şirkətlə bağlanan müqavilənin dəyəri 2 milyon 501,6 min manat təşkil edib. Qeyd edək ki, Parlaq-N MMC müqavilə üzrə təmir tikinti işlərini bu ilin sonuna kimi yekunlaşdırmalıdır.