Müharibədən qaçmağın bir yolu var idi - Paşinyan

12:00 10.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 27-də atəşkəsin imzalanması, ətraf yeddi rayonun Azərbaycana verilməsini nəzərdə tuturdu, və biz buna gedə bilməzdik.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində canlı yayım zamanı deyib.

O bildirib ki, müharibədən qaçmağın bir yolu var idi:

“Bu yol Qarabağın statusu müəyyən olunmadan beş rayonun verilməsi idi. Bu irs bizə əvvəlki hökumətdən qalmışdı. 1994-95-ci illərdən başlayaraq, yalnız bir şey aydın idi: yeddi rayonu Azərbaycana vermək lazım idi. Danışıqlarda tək dəqiq tezis bu idi”.