Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir - VİDEO

12:38 19.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, məşqlər zamanı çətin relyefli ərazidə şərti düşmənin qurduğu mühəndis maneələrindən piyada və döyüş texnikası üçün keçidlər açılır, kolon yolları hazırlanır, maneələr üzərində körpülər qurulur.

Hərbi mühəndislər taktiki-xüsusi məşqlər zamanı qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir.