Moskva yaxınlığındakı ən qiymətli mülklərdən bəzilərinin yenidən özəlləşdirilməsi gündəmdədir. Rusiya Baş Prokurorluğu əvvəllər “Barviha” sanatoriyasına məxsus olan və 2001-ci ildə özəlləşdirilən ümumi sahəsi 99 hektar olan torpaqların yenidən özəlləşdirilməsi üçün məhkəməyə müraciət edib.
Hafta.az-ın yazdığına görə, prokurorluq iddia edir ki, Barviha və Jukovka kəndlərində torpaqlar qanunsuz olaraq əl dəyişdirilib və qiymət 263 dəfə aşağı salınıb.
Rusiya mətbuatı torpaqları alan şirkətin Sankt-Peterburqda olduğunu yazıb. Onun Sent Vinsent və Qrenada adalarında qeydə alındığı deyilir.
Barviha sanatoriyası Türkiyədə Nazım Hikmətin bəzi şeirlərini yazdığı yer kimi tanınır. Ürəyi xəstə olan şair Barvihada müalicə alıb.
Bu rayon ən yüksək torpaq və ev qiymətləri ilə paytaxt yaxınlığındakı prestijli rayonlardan biridir.