Yazını böyüt
Yazını kiçilt
Pakistan “Tehreeke-İnsaf” Partiyasının lideri və Milli Assambleyanın keçmiş üzvü Munaza Həsən partiyasını tərk edib.
Hafta.az-ın yazdığına görə, o, bəyanatında 9 may hadisələrini, hərbi və hökumət obyektlərinə dəyən ziyanı kəskin şəkildə pisləyib. Deyib ki, onlar bütün qurumlara hörmət etməlidir, baş verənlər səhv olub və sair.
Munaza Həsən “vətənpərvər pakistanlı kimi ordu ilə fəxr etdiyini”, ölkəyə və qurumlara zərər verəcək hər hansı davranışdan təəssüfləndiyini bildirib. Əlavə edib ki, hər bir pakistanlı kimi o da dövlətin ayaqda qalmasını özü üçün borc bilir.
Qeyd edək ki, Munaza Həsən PTI rəhbərinin yaxın adamı və partiyanın qurucu üzvü hesab olunurdu.