Musiqiçi Rocer Uotersdən Fələstində sülh üçün 4 bəndlik təklif

09:15 16.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur musiqiçi Rocer Uoters İsrail-Fələstin münaqişəsinin 4 bəndlik həllini təklif edib. O, rəsmi X səhifəsində paylaşdığı videoda "Yeganə panzəhərdir. Ötən şənbə müharibə cinayətləri ilə bağlı iddiaları dinlədim və ayrı-seçkilik etmədən onları qınayıram" deyib.

Hafta.az-ın yazdığına görə, Uoters, Beyrutda yaşayan fələstinli dostunun oktyabrın 8-də İsrailin Qəzzanı bombalaması nəticəsində 11 qohumunu itirdiyini bildirdiyini əlavə edib.

Tərəflər arasında münaqişələrin bu cür davam edə bilməyəcəyini vurğulayan Uoters, 4 maddədən ibarət həll planını bu ifadələrlə təqdim edib: “Birincisi, dərhal və daimi atəşkəs yaradılmalıdır. Heç kim heç kimi öldürməməlidir. İkincisi, bu bədbəxtlik qarşısında böyük bir süfrə açılmalı və tək dövlət həlli üçün iş başlamalıdır. İrqindən, dinindən və əvvəlki milliyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqlar verən yeni dövlət. Bu yeni dövlətdə, vurğulayıram, mütləq demokratiya olmalıdır. Üçüncüsü, yeni dövlət konstitusiyasına aparteiddən sonrakı Cənubi Afrikada olduğu kimi həqiqət və barışıq haqqında müddəalar daxil edilməlidir. Dördüncüsü, Colan təpələri bu həll planının bir hissəsi deyil. Çünki həmin təpələr Suriyaya məxsusdur. Qısacası bu mənim arzumdur”.

Rocer Uoters müqəddəs torpaqlarda bu gərginlik altında yaşayan hər kəs üçün göz yaşı tökdüyünü vurğulayaraq, "Hamımız müharibəsiz bir dünyaya ümid edək. Ümumbəşəri insan haqlarına və hər kəsin qanun qarşısında bərabər olduğuna inanırıq, ya yox? Atam 1914-cü ildən 1944-cü ilə qədər bu arzusu ilə yaşayıb. İtaliyada faşistlərə qarşı müharibədə bu arzusunu müdafiə edərək həlak olub. Mənim də bu arzum var. Mən aidiyyatı orqanlara səslənirəm: xahiş edirəm, dayanın" çağırışını edib.

Siyasət rubrikasından digər xəbərlər