İngiltərənin müstəmləkə dövründə Hindistana vurduğu ziyanların miqyasını göstərən açıqlama edilib.
Hafta.az-ın “Geopolitical Economy” jurnalına istinadən yazdığına görə, iqtisadi antropoloq Ceyson Hikel və müəllif Dilan Sallivan “World Development” akademik jurnalında “Kapitalizm və həddindən artıq yoxsulluq: Uzun 16-cı əsrdən bəri real əməkhaqqı, insan həyatı və ölümlə bağlı qlobal təhlil” adlı məqalə dərc etdirib.
İkilinin elmi jurnalda dərc etdirdiyi məqalədə Britaniya İmperiyasının müstəmləkəçilik təcrübələrinin Hindistana vurduğu zərərlər barədə məlumat verilib. Araşdırmaya görə 1880-1920-ci illər arasında qalan 40 illik müstəmləkə dövründə Britaniya İmperiyası tərəfindən Hindistanda öldürülən insanların sayı 165 milyon nəfərə çatır. Bu isə I və II Dünya müharibələrində qeydə alınan ümumi ölüm hallarından daha çoxdur.
Nikkel və Sulluvan "Əl Cəzirə"də yayımladıqları “Britaniya müstəmləkəçiliyi 40 il ərzində 100 milyon hindlini necə qətlə yetirdi?” başlıqlı məqalədə əvvəl yazdıqları yazıya rəy təqdim etdilər.
İqtisadiyyat tarixçisi Robert C.Allen tərəfindən nəşr olunan araşdırmaya görə, Hindistanda həddindən artıq yoxsulluq 1810-cu ildə Britaniya müstəmləkəsi dövründə 23 faizdən 20-ci əsrin ortalarında ikiqat artaraq 50 faizdən yuxarı qalxıb. İngilis müstəmləkəsi dövründə real əməkhaqqı 19-cu əsrdə ən aşağı nöqtəyədək azalıb və aclıq daha da şiddətlənərək miqyasını genişləndirib və nəticə etibarilə daha ölümcül olub. Bu, müstəmləkəçiliyin yazılı tarixində analoqu olmayan insanlıq dramı idi.
Mütəxəssislər bildirirlər ki, 1880-1920-ci illər arasında İngiltərənin imperiya gücünün pik həddə çatdığı dövr Hindistan üçün xüsusilə sarsıdıcı olub. 1880-ci ildən başlayaraq müstəmləkə rejimi tərəfindən həyata keçirilən hərtərəfli siyahıyaalmalar, hər min nəfərə düşən ölüm nisbətinin 1880-ci illərdə 37,2-dən 1910-cu illərdə 44,2-yə yüksəldiyini, bu dövrdə ölüm nisbətlərinin əhəmiyyətli dərəcədə artdığını ortaya qoyub. Digər tərəfdən, bu dövrdə orta ömür uzunluğu 26,7 ildən 21,9 yaşa qədər azalıb.
İqtisadçı Utsa Patnaik elan edib ki, təxminən 200 illik müstəmləkəçilik dövründə ingilislər Hindistanda ən azı 45 trilyon dollarlıq aktiv ələ keçiriblər.