Muzeyin döşəməsini dələrək əntiq əşyaları oğurladılar

12:10 04.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Oğrular qiymətəgəlməz gümüş əntiq əşyaları oğurlamaq üçün muzeyin döşəməsinidədeşik açıblar.

Hafta.az-ın yazdığına görə, Birləşmiş Krallıqdakı Royal Lancers & Nottinghamshire Yeomanry Muzeyinin əməkdaşları bazar günü işə gələrəndə bir sıra tarixi əşyaların oğurlandığını görərək polisə müraciət ediblər. Şkafların köçürüldüyü yerdə aparılan axtarış zamanı oğruların əntiq əşyalar olan şkafa daxil olmaq üçün aşağı mərtəbənin tavanında yuxarıya doğru deşik açdıqları görüblər.

Oğurlanmış əşyalar arasında Uimbldon qadınların təklər kubokunun bir parçası olan üstü qızılgül rəsmləri ilə bəzənmiş özünəməxsus qab, eləcə də Hurlingham Grand Military Polo kuboku, at heykəlcikləri və süvari trubası daxildir.

Royal Lancers və Nottinghamshire Yeomanry Muzeyinin kuratoru Stiv Cox deyib: "Onların bu ölkə üçün xidmət etmiş və döyüşənlərdən tarixi oğurlaması iyrəncdir. Onların apardıqları əşyalar muzey üçün qiymətsizdir. Biz baş verənlərə görə üzr istəyirik, lakin buna qarşı mübarizə aparırıq və gedənlərin yerini dolduracağıq. Nottingemşir polisi "oğurluğun bazar günü səhər erkən saatlarında – gecəyarı saat 2.40 və 3.30 arasında baş verdiyinə inanır".

Nottingemşir polisinin detektiv müfəttişi Luk Todd deyib: "Bu, gözəl tarixi binaya cəsarətli, planlı və məqsədyönlü hücum idi və açıq-aydın çox yaxşı təşkil olunmuşdu. Oğurlanan əşyalar təkcə yüksək maliyyə dəyəri deyil, həm ordu, həm bölgə cəmiyyəti üçün mənəvi dəyəri hesabagəlməzdir. Bu əşyalar həm də muzey üçün böyük sentimental dəyərə malikdir. Ona görə də istərdim hər hansı məlumatı olan, şübhəli bir şey görən və ya bu cür əşyaları satmağa çalışan hər kəs haqqında eşitmiş olanlar bizimlə əlaqə saxlasın. Bu cinayətkarlar artıq çoxlu gümüşlə xilas olduqlarını düşünə bilərlər, lakin şübhəsiz ki, cinayətlərindən yaxa qurtara bilməyəcəklər”.