Narkotiklərlə əlaqəli 6020 fakt aşkar olunub - DİN

16:40 15.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanları tərəfindən genişmiqyaslı əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satış üzrə 2021-ci ilin 8 ay 14 günü ərzində respublika ərazisində 6020 fakt aşkar olunub.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 2094 satış, 3493 saxlama, 375 əkin, 58 digər hallar təşkil edib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 636 kq narkotik vasitə (marixuana, heroin, tiryək, həşiş və s.), 224 kq-dan artıq psixotrop maddə (metamfetamin, MDMA-ekstazi, mefedron), prekursorlar üzrə güclü təsir edən maddələr 9 kq artıq, 104 qram müxtəlif kimyəvi tərkibli zəhərli maddə, 52 ton çətənə kolu, əkin-kultivasiya, 168 tondan artıq yabanı halda bitən çətənə və xaş-xaş qanunsuz dövriyyədən çıxarılıb.

Respublikamızda cari ilin 8 sayı ərzində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli 3611 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların hər biri barəsində cinayət-prosessual məcburiyyət tədbirlərinə uyğun olaraq, həbs, başqa yerə getməmək barədə iltizam, polisin nəzarəti altına vermə və digər qətimkan tədbirləri seçilib.

DİN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayət-hüquq, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, şübhəli bilinən, saxlanılan, tutulan və təqsirləndirilən şəxslər ətrafında aparılan istintaq hərəkətləri ədalətlilik prinsipi əsasında diqqətdə saxlanılır.

Oxunma sayı 33