NATO ölkələri silahlanır: Polşa ABŞ-ı keçdi

09:10 20.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

NATO ölkələri hərbi xərclərini sürətlə artıraraq, əsasən ÜDM-in 2 faizi həcmində büdcə ayırma standartına çatıb. Təşkilatın dərc etdiyi hesabata görə, üzv ölkələrin üçdə ikisindən çoxu bu il 2 faizlik ÜDM standartına cavab verəcək. NATO-nun ümumi hərbi xərcləri 1,5 trilyon dolları keçəcək.

Hafta.az-ın yazdığına görə, elan edilmiş hərbi büdcələrə əsasən, NATO-nun 32 ölkəsindən 23-ü 2024-cü ildə hərbi ayırmalar üçün ÜDM-in 2 faizi hədəfinə artıq çatıb. Keçən il bu ölkələrin sayı 10 idi.

Polşa ÜDM-də hərbi xərclərin 4 faiz payı ilə liderdir. Ondan sonra Estoniya (3,43 faiz) və ABŞ (3,38 faiz) gəlir.

İnflyasiyaya uyğunlaşdırılmış real qiymətlərdə NATO ölkələrinin hərbi xərcləri 2023-cü ildə 9,3 faiz, bu il isə 18 faiz artaraq 1,5 trilyon dolları keçəcək. Bu məbləğin təxminən üçdə ikisi (957 milyard dollar) ABŞ-ın payına düşür.

Ümumi artımın bir hissəsi Finlandiya və İsveçin alyansda iştirakı hesabına olub. Hər iki ölkə 2 faizlik standarta cavab verir və onların birləşmiş hərbi büdcələri bu il təxminən 20,5 milyard dollar təşkil edəcək.

2 faiz standartı Türkiyədən tutmuş Norveç və Bolqarıstana qədər NATO-nun şərq cinahında yerləşən bütün ölkələr tərəfindən yerinə yetirilir.

Ordusu olmayan İslandiyanı nəzərə almasaq, Belçika, Lüksemburq, Sloveniya və İspaniya xərcləmədə ən geridə qalan ölkələrdir. Bu ölkələr öz ordusuna ÜDM-in təxminən 1,3 faizini xərcləyir.

Oxunma sayı 72