Navalnının ölümü Putini zəiflətdi - “Mİ6”-nın eks-şefi

18:52 22.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Britaniya məxfi kəşfiyyat xidməti “MI6”-nın keçmiş rəhbəri Kristofer Stil iddia edir ki, rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümü Vladimir Putini “zəif” edib.

Hafta.az xəbər verir ki, Stilin “The Independent” qəzetinə verdiyi  açıqlamaya görə, Navalnının ölümü Putini “uzunmüddətli perspektivdə daha zəif” edir.

"O, (Putin – “UNIAN”) qısamüddətli perspektivdə bəlkə də daha güclüdür (Ukraynaya işğalın əvvəlindəkindən – “UNIAN”). Məncə, uzunmüddətli perspektivdə - daha zəifdir. Mən sadəcə başa düşə bilmirəm, beynəlxalq ictimaiyyətdə indi kimsə mübahisə edə bilər ki, biz Putinlə danışıqlar aparmalıyıq”, - deyə Stil bildirib.

Xatırladaq ki, Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenents dairəsindəki Xarp kəndində yerləşən “Qütb canavarı” islah koloniyasında dünyasını dəyişib. Rusiyanın Federal Penitensiar Xidməti bildirib ki, müxalifətçi gəzintidən sonra qəflətən xəstələnib və həkimlər onu xilas edə bilməyiblər - guya siyasətçi həyatını "qan laxtalanmasından" itirib.

Navalnını müalicə edən reanimatoloqun sözlərinə görə, bu diaqnoz "qanunauyğun deyil". Aleksandr Polupanov 2020-ci ildə Navalnının zəhərlənməsindən sonra Moskvadan Omsk xəstəxanasına gələn həkimlər qrupunda olub. O, iddia edir ki, qan laxtasının ayrılması müvafiq tədqiqatlar olmadan təsdiq edilə bilməz. Hazırda siyasətçinin cəsədini  anası Lyudmila Navalnayaya  "kimyəvi analiz" lazım olduğunu əsas gətirərək  təhvil verməkdən imtina edirlər.

Oxunma sayı 130