Naxçıvan gömrüyündə külli miqdarda qanunsuz siqaret müsadirə edilib

16:51 27.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkə ərazisinə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Naxçıvan şəhər sakinindən müxtəlif adlarda, ümumilikdə 182 960 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.