Naxçıvana gedən şəxs aeroportda narkotiklə tutulub

16:12 29.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Naxçıvan reysi ilə Muxtar Respublikaya gələn şəxsdə narkotik aşkarlanıb.

Hafta.az xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə Bakı-Naxçıvan reysi ilə Muxtar Respublikaya gələn M. Vəliyevi saxlayıblar.

M. Vəliyevin üzərindən narkotik vasitə olan heroin aşkar olunlaraq götürülüb.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.