Naxçıvanda orta məktəblərdə bu il 50 min 500 şagird təhsil alacaq

08:58 15.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 50 min 500 şagird təhsil alacaq. Onlardan 24 345-i qız, 26 155-i oğlandır.

Hafta.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, yeni tədris ilində məktəbəhazırlıq qruplarında 3 007 uşaq iştirak edəcək. Bu qruplarda 1 418 qız, 1 589 oğlan yer alıb. Eyni zamanda, birinci sinfə 3 822 şagird qəbul olunub ki, onların 1 833-ü qız, 1 989-u oğlandır.

Qeyd edək ki, bu tədris ilinin ilk dərsi “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq.