Naxçıvanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

13:00 26.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət rəsmiləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və ictimaiyyət nümayəndələri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər.

Hafta.az-ın bölgə müxbiri xəbər verir ki, abidə önünə güllər qoyulub, Xocalıda soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehtiram ifadə olunub.