Fənn olimpiadaları qaliblərinin qəbul imtahanları göstəriciləri yüksək olur.
Hafta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadalarının mükafatlandırılması zamanı deyib. Onun sözlərinə görə, həmin şagirdlərin qəbul göstəriciləri 650 baldan yüksəkdir: “Daha əvvəl keçirilən beynəlxalq olimpiada qaliblərinin müsabiqədənkənar ali məktəbə qəbulunun sui-istifadələrə səbəb olacağı deyilirdi. Lakin olimpiada qalibləri ali məktəblərə qəbul imtahanlarında da iştirak edir. Olimpiadada ən vacib məqam prosesin şəffaf keçirilməsidir”.
Nazir bildirib ki, ötən 7-8 il ərzində respublika fənn olimpiadalarında uğurlu nəticə göstərənlərin sayında artım var: “Düşünürəm ki, qarşıdakı 15 ildən sonra olimpiada qalibləri olan şagirdlər Azərbaycanın ən yaxşı kadrları olacaq”.