Nazir müavini Masallıda vətəndaşların müraciətini dinləyib

15:50 10.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Masallı rayonunda sakinlərin müraciətini dinləyib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.