Nazir Rəşad Nəbiyev SPECA ölkələri üçün konfransda iştirak edib

14:45 31.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramı - SPECA ölkələri üçün yüksək səviyyəli konfransda iştirak etdim.

Hafta.az xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

“BMT standartlarından istifadə etməklə təchizat zəncirlərində məlumat mübadiləsinin rəqəmsal transformasiyasını müzakirə etdik”, - deyə nazir bildirib.