Nazirin cangüdəni qəzaya düşərək həlak oldu

10:30 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdəmir Göktaş sosial media hesabında açıqlama verərək mühafizə dəstəsində olan polis məmuru Musa Ərdəmin şəhid olduğu bildirib.

Hafta.az-ın yazdığına görə, nazir yazıb: “Yaxın mühafizə dəstəmizdə olan dəyərli həmkarımız, qardaşımız və polis məmurumuz Musa Ərdəm xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş faciəvi yol qəzası nəticəsində şəhid olub. Bu hadisə hamımızın ürəyini ağrıtdı”.

Nazir Göktaş şəhid Ərdəmin ailəsinə və həmkarlarına başsağlığı verib.

Səhiyyə naziri Fəxrəddin Koca da paylaşım edib. Nazir Koca, “Ailə və Sosial Xidmətlər nazirimiz xanım Mahinur Özdəmir Göktaşın mühafizə dəstəsində olan polis məmuru Musa Ədəm xidməti vəzifəsini yerinə yetirərkən keçirdiyi yol qəzası nəticəsində həyatını itirib. Ona rəhmət diləyir, ailəsinə və hörmətli nazirimizə başsağlığı verirəm. Şəhidimizin məkanı cənnət, məqamı uca olsun”, - deyə yazıb.

Oxunma sayı 63