Beynəlxalq Səyahət və Turizm Şurası (WTTC) noyabrın 29-da Şuranın 22-ci Zirvəsinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcəyini bildirib.
Hafta.az-ın yazdığına görə, zirvədə, Covid-19 pandemiyası səbəbilə ziyana düşən səyahət və turizm sektorunun inkişafı yolları ələ alınacaq.
Zirvənin məhz Ər-riyadda keçirilməsinə dair qərar, dünyanın hər yerindən səyahət və turizm sektorunun öndə gələnləri, müvafiq nazirlər və iş adamlarının Filippinin paytaxtı Manilada keçirdiyi görüşdə qəbul olunub.
WTTC sədri Culia Simpson bildirib ki, zirvədə ən yaxşı fikirləri bölüşərək davamlı bir gələcək üçün işlərə start veriləcək. "Mİnlərlə iş yeri fürsəti yaradan turizm sektorunin inkişafı üçün Ər-Riyadda təşkil olunacaq zirvəni səbrsizliklə gözləyirəm", - deyib Simpson.
Səudiyyə Ərəbistanının Turizm naziri Əhməd əl-Xatib bildirib ki, zirvənin ölkəsində keçiriləcəyi haqda qərardan çox məmnundur. “Səudiyyə Ərəbistanı turizm sektorunu şaxələndirərək inkişaf etdirmək üçün iddialı dayanacaqdır. Ölkə olaraq əhatəli, davamlı, yaradıcı və yenilikçi fəaliyyətlərlə Səudiyyə Ərəbistanının turizmdə qlobal miqyasda önəmli pilləyə yüksəlməsini istəyirik. Zirvədə səyahət və turizm sektoru liderlərini qonaqlamağı, onlarla məlumat və təcrübə alışverişində olmağı dörd gözlə gözləyirəm", - nazir Xatib deyib.