Nazirlik tələbələrin aksiyası haqda məlumat yaydı

16:59 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyi tələbələrin bugünkü aksiyasına münasibət bildirib. 

Hafta.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, günorta saatlarında 5-7 tələbə, tələbə olmayan və özünü NİDA təşkilatının üzvləri kimi təqdim edən bir neçə şəxs, 20-yə yaxın media mənsubu Təhsil Nazirliyinin inzibatı binasına yaxınlaşaraq tələbələrin müraciəti ilə bağlı qəbul olunmaqlarını xahiş edib:

“Məlum olduğu kimi, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu müvəqqəti olaraq dayandırılıb.

 

Buna baxmayaraq, Nazirliyə müraciət etmiş 3 tələbə - Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin II kurs tələbəsi Rüstəm İsmayılbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və mühasibatlıq fakültəsinin IV kurs tələbəsi Allahverdi Həsənov və Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin IV kurs tələbəsi Zərifə Novruzova Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin vəzifəli şəxsləri tərəfindən qəbul olunub. Qəbul zamanı tələbə Rüstəm İsmayılbəyli Nazirlik rəsmilərinə bütün imtahanların ləğv olunması barədə yazılı, imzasız fərdi müraciət təqdim edib. Bundan əlavə, tələbə Allahverdi Həsənov Nazirlik tərəfindən istifadəyə verilmiş sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün qeydiyyat portalında (http://e-telebe.edu.az) anasının şəxsiyyət vəsiqəsinin müddətinin başa çatması ilə əlaqədar olaraq qeydiyyatdan keçə bilməməsi barədə məlumat verib.

Nazirliyin ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov yay imtahan sessiyasında iştirak etməyə hazır olmayan tələbələrə seçim hüququnun verildiyi bir daha vurğulayıb, tələbə Rüstəm İsmayılbəyliyə bu barədə oxuduğu ali təhsil universitetinə fərdi qaydada müraciət etmək tövsiyə olunub. Tələbə Allahverdi Həsənovun (http://e-telebe.edu.az) valideyninin şəxsiyyət vəsiqəsinin etibarlıq müddətinin başa çatması ilə əlaqədar isə valideynin ASAN mərkəzlərinə müraciət edərək vəsiqənin dəyişdirilməsi tövsiyə edilib, sənəd qəbulu prosesinin 10 iyun tarixinə qədər davam edəcəyi barədə məlumat verilib”.

Oxunma sayı 2131
Sosial rubrikasından digər xəbərlər