Nazirlikdən iş yerini dəyişdirən müəllimlərə müraciət

17:37 27.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetlərinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

 

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə, öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.