Nazirliyə hücum zamanı ölənlərin sayı 100-ə çatıb

09:21 30.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Somalinin paytaxtı Moqadişonun mərkəzində “Aş-Şabab” terror qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

Hafta.az-ın məlumatına görə, bununla bağlı Reuters agentliyi xəbər yayıb. Agentlik qeyd edir ki, hadisə zamanı daha 300 nəfər yaralanıb.

Daha əvvəl bildirilirdi ki, hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.