Nazirliyin Çağrı Mərkəzi daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq

15:36 19.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq.

Nazirlikdən hafta.az-a bildirilib ki, vətəndaşlar 146-0-12 nömrəsi ilə əlaqə yaratmaqla Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.