Neft cüzi ucuzlaşıb

11:14 17.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,03% azalaraq 1 barelə görə 69,49 dollar təşkil edib.

Hafta.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,03% azalaraq 67,03 dollar təşkil edib.