Neft Fondu “Azəri-Çıraq-Günəşli” layihəsindən 5,9 milyard dollar qazanıb

17:51 06.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 2021-ci ildə 5 milyard 968,4 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə hafta.az-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edək ki, Neft Fondunun indiyədək (2001-ci ildən etibarən) AÇG layihəsi üzrə gəliri 155 milyard 373 milyon dollar olub.