Neft Fondunun gəlirləri 10 milyard dolları aşa bilər - Ekspert

18:18 21.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Əgər biz baxsaq görərik ki, ötən il ümumilikdə Dövlət Neft Fondu təqribən 7,4 milyarda yaxın neft-qaz sektorundan vəsait əldə edib. Bunun 6 milyard ətrafında “Azəri-Çıraq-Günəşli” dən, 800 milyondan çox vəsait “Şahdəniz”dən gəlib.

Bu fikirləri hafta.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib:

“Hesab edirəm ki, bu il biz “Şahdəniz”dən ilk dəfə olaraq 1milyarddan çox vəsait qazanmaq imkanımız olacaq. Çünki həm ixrac həcmləri artacaq, həm də qiymət yüksək olacaq. Belə ki, orta boru kəməri var, ötən il may ayında indiki qiymət formalaşmışdı. İndi artıq ilin əvvəlindən Avropadan boru kəməri ilə qaz ixracının qiyməti 400 dollar ətrafındadır. Hətta bundan yüksək qiymətlər də var. Ona görə 2022-ci ildə ümumilikdə hesab edirəm ki, Neft Fondunun gəlirləri 10 milyard dolları aşa bilər. Və bu gəlirlərin struktunda sırf neft və qazın gəliri 8 milyarda çata bilər”.

Oxunma sayı 83