Neft sektorundan asılılığımızın azaldılması istiqamətində əməli tədbirlər görülməkdədir - Nazir 

15:41 02.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeni büdcə qaydasının tətbiqi ilə əlaqədar imzaladığı fərmanda qeyri-neft baza kəsiri üzrə müəyyən göstəricilər təsdiq olunub.

Hafta.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, həmin göstəricilər 2019-cu ildə çox sürətlə icra olunub:

“Neft sektorundan asılılığımızın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülməkdədir. Büdcə qaydası da bu məqsədlərə xidmət edir”.

Oxunma sayı 333