Yazını böyüt
Yazını kiçilt
Neftçala rayonu ərazisində yerləşən yardımçı təsərrüfatların birindən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də qeyd olunan oğurluq hadisəsini törədərək zərərçəkmişə məxsus yardımçı təsərrüfatdan 2000 manat pul və 3000 manat dəyərində dəniz məhsulları oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakini Hüseynbala Hüseynov saxlanılıb.