Neftçalada evdə yanğın olub

12:41 18.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neftçala rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 144 kv.m olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 25 kv.m sahədə və dəhlizinin lambirdən ibarət tavanı 6 kv.m yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 414