Yazını böyüt
Yazını kiçilt
Neftçala şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş yanğında ilkin məlumata görə xəsarət alan yoxdur.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) hafta.az-a verilən məlumata görə, təcili yardımın 4 briqadası hadisə yerindədir. Hadisədə qorxu keçirən sakinlərə yerindəcə ambulator yardım göstərilir.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli binanın dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən hafta.az-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınla əlaqədar əlavə məlumatın veriləcəyi qeyd edilir.