“Neftçi” klubu “Srvena Zvezda”ya qarşı 

14:25 19.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının “Neftçi” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.

Hafta.az xəbər verir ki, komanda “Srvena Zvezda” (Serbiya) ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

“Neftçi” bundan əvvəlki yoxlama matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb.

Komanda yanvarın 2-də Vətənə qayıdacaq.