“Neftçi” macarıstanlı müdafiəçi ilə müqavilə imzalayıb

15:54 23.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının “Neftçi” klubu daha bir transferini gerçəkləşdirib.

Hafta.az kluba istinadla xəbər verir ki, macarıstanlı futbolçu Mark Tamaşla ikiillik müqavilə bağlanıb.

İyirmi doqquz yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.

Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib. Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.