“Neftçi” paraqvaylı yarımmüdafiəçi ilə müqavilə imzalayıb

12:55 28.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Neftçi” növbəti transferini həyata keçirib.

Klubdan hafta.az-a verilən məlumata görə, “ağ-qaralar” paraqvaylı yarımmüdafiəçi Dieqo Qabriel Valdes Samudio ilə 1+1 il şərtli müqavilə bağlayıb.

30 yaşlı futbolçu Bakı təmsilçisinin heyətində 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dieqo Qabriel Valdes Samudio son olaraq ölkəsində “Quarani” komandasının şərəfini qoruyub.