Neftin qiyməti azalıb

11:02 15.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 1,04% azalaraq 1 barelə görə 72,93 dollar təşkil edib.

Hafta.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,23% azalaraq 69,86 dollar təşkil edib.