Nəqliyyat vasitələri utilizasiyaya verilməsi ilə qağlı qanun qəbul edildi

11:59 24.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Nəqliyyat vasitələri utilizasiyaya verilməsi ilə qağlı qanun qəbul edildi.

Hafta.az xəbər verir ki,  bu barədə Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsində bildirilib.

Layihəyə əsasən nəqliyyat vasitələri utilizasiyaya  nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən verilə bilər. 

Eləcə də, “Yol Hərəkəti haqqında" Qanuna uyğun olaraq  dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar tərəfindən həyata keçirilə bilər.

Digər tərəfdən, sahibsiz hesab edilən, istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.

Dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.