Nərə balığının ovu qadağandır - ETSN

17:34 04.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ölkəmizdə nərə balığının ovlanması qadağandır". 

 

Hafta.az-ın xəbərinə görə, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı"nda danışıb.

 

F. Əliyevin sözlərinə görə, Xəzər dənizində nərə balıqlarının artırılmasına xüsusi dəstək göstərilir:

 

“2021-ci il ərzində 550 mindən artıq nərə körpəsi Kür çayı mənsəbinə buraxılıb. Məqsədimiz nərə cinsi növlərinin təbii mühitdə sayının artırılmasıdır. Nərə balığı ovlayanlar brokenyer kimi cəzalandırılır”.