Nərimanovda üçmərtəbəli evdə yanğın olub

10:56 03.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanovda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 900 m² (hər mərtəbəsi 300 m²) olan üçmərtəbəli 10 otaqlı evin 1-ci mərtəbəsində mətbəxdə 0,5 p.m mebel yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.