Amerikalı tanınmış siyasi şərhçi Taker Karlson İsrailin baş naziri Benyamin Netanyahunu kəskin tənqid edərək xəbərdarlıq edib ki, onun yürütdüyü siyasət ABŞ-ı və regionu qlobal fəsadları olan genişmiqyaslı müharibəyə sürükləyə bilər.
Hafta.az yazır ki, Fələstin KİV-lərinə istinadən, Karlson özünün son proqramında cari proseslərə toxunaraq xəbərdarlıq edib ki, İranla hər hansı hərbi qarşıdurma regional hüdudları aşaraq qlobal miqyaslı beynəlxalq böhrana çevrilmək potensialına malikdir.
O vurğulayıb ki, belə bir münaqişə Vaşinqton üçün ağır iqtisadi itkilər və təhlükəsizlik riskləri ilə nəticələnəcək. Analitikin qənaətinə görə, Sionist rejimin baş naziri ABŞ-ı elə bir qarşıdurmaya sürükləyir ki, onun fəsadları birbaşa Birləşmiş Ştatların milli maraqlarına zərbə vuracaq.