Netanyahunun əməliyyat olunacağı bilindi...

19:18 31.03.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İsrailin baş naziri Benyamin Netanyahu bu gün, martın 31-də tam anesteziya altında əməliyyat olunacaq. O, səlahiyyətlərini müvəqqəti olaraq başqasına ötürəcək.

Hafta.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Nəşrin məlumatına görə, Netanyahu hərbi kabinetin iclasından sonra axşam saatlarında əməliyyat olunacaq. Əməliyyat dünən, martın 30-da İsrail baş nazirinin rutin müayinəsi zamanı onurğa sütununda aşkarlanan yırtıqla bağlıdır.

Benyamin Netanyahu əməliyyat zamanı tam anesteziya altında olacağı üçün səlahiyyətlərini eyni zamanda ölkənin baş nazirinin müavini olan ədliyyə naziri Yariv Levinə verəcək.