Nəvaz Şərif bu gün Ümrə ziyarəti üçün Məkkəyə uçacaq

11:30 11.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan Müsəlman Liqası-N-in lideri və keçmiş baş nazir Nəvaz Şərif bu gün (11 oktyabr) yaşadığı Böyük Britaniyadan Səudiyyə Ərəbistanına gedəcək.

Hafta.az-ın yazdığına görə, o, Səudiyyə Ərəbistanında Ümrə ziyarətini yerinə yetirəcək, oktyabrın 17 və ya 18-də Dubaya uçacaq. Üç gün Dubayda qaldıqdan sonra isə Nəvaz Şərif partiya planı çərçivəsində Pakistana səfər edəcək.

Məlumata əsasən, PML-N lideri Pakistana xüsusi təyyarə ilə gələcək. Mənbələr bildiriblər ki, Navaz Şərifi daşıyan təyyarə təxminən 150 sərnişini daşıya bilən "Umeed-e-Pakistan" markalı olacaq.

Nəvaz Şərifin partiya üzvləri və jurnalistlərlə birlikdə oktyabrın 21-də Dubaydan Pakistana yola düşəcəyi bildirilir.

Siyasət rubrikasından digər xəbərlər