Neymar 6 qat "Qızıl Samba"nın qalibidir

12:39 07.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransa çempionu PSJ-nin və Braziliya millisinin 31 yaşlı hücumçusu Neymar ölkə xaricində çıxış edən ən yaxşı braziliyalı futbolçu seçilib. O, hər il sambafoot.com saytının təqdim etdiyi “Qızıl Samba” mükafatını 6-cı dəfə alır.

Real Madridin aldığı 16 yaşlı hücumçu Andrik Felipe ən yaxşı gənc futbolçu kimi tanınıb. Braziliyalı "Palmeyras"ın oyunçusu 2024-cü ilin yayında, 18 yaşı tamam olanda Kral Klubuna qoşulacaq.

Oxunma sayı 224