Neymar sevgilisinə 4,5 milyon avroya ulduz aldı

12:35 26.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yay transfer dövründə Fransanın PSJ komandasından Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasına 90 milyon avroya transfer olunan braziliyalı futbolçu Neymarın sevgilisi Bruno Biankardiyə çox bahalı hədiyyə aldığı bildirilir.

Hafta.az-ın yazdığına görə, braziliyalı superulduz Bruna Biankardiyə doğum hədiyyəsi olaraq göydən 4,5 milyon avro dəyərində ulduz alıb.

Neymarın PSJ-ni tərk etməsinin səbəbi kimi onun Fransa komandasının fiziki testlərindən keçə bilməməsi göstərilib və bu səbəbdən klubun ulduz futbolçu ilə davam etmək istəmədiyi iddia edilib.

Neymar keçən həftə çarpaz bağlarından zədələnib və onun 7 ay meydanlardan uzaq qalacağı açıqlanıb.