Neymara bəraət verildi

21:53 13.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Braziliya millisinin futbolçusu Neymarla bağlı İspaniya məhkəməsində qaldırılan dələduzluq işi ləğv edilib.

Ulduz futbolçunun 2013-cü ildə Braziliyanın “Santos” klubundan İspaniyanın “Barselona” klubuna transferi ilə bağlı imzaladığı müqavilənin saxta olması sübuta yetirilməyib.

Futbolçunun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyən Braziliyanın DIS şirkətinin şikayəti rədd edilib.