Niderlandda Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb

17:48 26.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid Azərbaycan oğullarının - əsgər və zabitlərimizin, eləcə də bütün şəhidlərimizin xatirəsi dərin ehtiramla Niderland Krallığında da anılıb.

Tədbir Niderland–Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Qarabağ Zəfərinin 1-ci ildönümü münasibətilə təşkil olunub.

“Dərnəyin təşkilatçılığı ilə Qarabağ Zəfərinin 1-ci ildönümü münasibətilə şəhidlərimizin əziz xatirəsini andıq və Zəfərimizi qeyd etdik. Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək tədbirimizə başladıq” söyləyən dərnəyin sədri İlhan Aşkın belə deyib. Haaqa məscidinin imamı Mehmet Seh və Ehlibeyt məscidinin imamı Türkcan Akbal şəhidlərimizin ruhuna dualar oxuyublar.

Dərnəyin üzvü Yasin Zeynallı Qarabağ müharibəsində Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərdən söz açıb. Dərnəyin sabiq rəhbəri Fərhat Atəş, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Maiyisə Ağamirzəyeva, “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının rəhbəri Firəngiz Bağırova, Xatirə Sərdarqızı Vətən müharibəsində şəhid olan igid Azərbaycan oğullarının qəhrəmanlığından danışıblar.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdikləri rəşadətdən söz açılaraq, Vətən uğrunda həlak olan şəhidlərimizin ruhu ehtiramla yad edilib.

Oxunma sayı 17
Siyasət rubrikasından digər xəbərlər